Gözlərini süzər,
İçib feyziyab olub.
Dura bilsə əgər,
Gəzib vurar ləngər,
İçib filan qədər,
İçib feyziyab olub.
Bilsəm bu barədə,
Demərəm nəbadə,
İçib neçə badə,
İçib feyziyab olub.
Keyfi kök, tini düz,
Olduqca gülərüz,
Dayanma, birdə süz,
İçib feyziyab olub.
Çaşıb dil dolaşır,
Keyf başından aşır,
Gözləri qamaşır,
İçib feyziyab olub.
Olub birmənalı
Sərxoş, baş dumanlı,
İçib olub hallı,
İçib feyziyab olub.
Eləyir etiraf,
Vurub başa şərab,
Halı olub xarab
İçib feyziyab olub.
Gözlərini süzər,
İncə belli Gözəl,
İçib feyziyab olub.
Çox sagolun Elçin müəllim. Fəlsəfi bir şerdir.
Точно подмечено и красиво написано, предметно вести дискуссию могут лишь единицы
Сильные слова
Çox sagolun. Həqiqətən insana ruh verir
Очень красива