Gözəl bir insan,
Danışmaz, dinməz,
Şairdən küsən,
Hec tərif sevməz.
Xalqın düz sözü,
Gözü tərəzi.
Çəkmə sən özün
Sınağa bizi.
Ən vacib meyar
Şairdə — vicdan.
Gözəl əməldən
Alar o ilham.
Göz görə-görə
Keç günahından.
Sözünə görə
Etmə ittiham.
Sən birmənalı
Zadəgan, kübar,
Əsl ziyalı,
Həmdə peşəkar.
Şair ömrünün
Mənası saleh.
Qaytar əmrini,
Etmə sən tənbeh.
Gözəl bir insan,
Danışmaz, dinməz.
Ədalət sevən
Şairdən küsməz.
Gözəl insan, 29/10/2015, 01:33
Elcin muellim desem ki serleriniz dogma dilimizde hec pis de alinmir. Ozunuze mexsus qeleminiz var.Davam edin hu dilde yazmagi. Ugurlar!!!!!
Ugurlar
Elçin müəllim Sizə daim uğurlar arzulayıram.