Bədənin olmağında
Xüsusi məna, özəl şərt-
Onurğa və oynaqlar,
Biri sərbəst, biri sərt.
Ağız açar dil tökər,
Qiymət verməz əməyə,
Oynaq kimi əyilər
Əsən hər bir küləyə.
Xəncərindən zər düşər,
İş görməyə ərinər.
Min sifətə asan düşər,
Rahat min don geyinər.
Mövqeyini dəyişər,
Hec zaman verməz qərar,
Yaxar qara, yaxar şər
Onurğasız insanlar.
Bədənin olmağında
Xüsusi məna, özəl şərt-
Onurğa və oynaqlar,
Biri sərbəst, biri sərt.
Philosophy of Human Body, Azerbaiajani, 02/08/2016, 00:17
Allah qorusun bele «onurgasiz insanlar»dan
Azerbaycanca sheırler sızde ela alınır! Bravo!!!
Onurgasiz insanlar.. Ela seirdi!!!
Əla Elçin müəllim
Sizdə istedad böyukdür!
Ela.Azerbaycan dilinde yeni sheirler gozleyirem sizden Eltchin muellim.
Təəssüf ki, çoxdur indi belə insanlar ))
))) ela demisiz onurgasiz insalar..
Super! Onurgasiz yeni wexsiyyetsiz insanlar anlaminda yeqin ki….