ENTIRE WORLD IS MY IMAGINATION AND FRAGILE AS A PIECE OF GLASS
Архив
Рубрика: Azərbaycanca

Özü kimi adı da var,
Qədəmləri həyat doğar.
Nəcib, zərif, incəbelli.
Xətti dəstxətdən bəlli.
Gözəllikdən gəlir bəri,
Tayı yox, yox bərabəri.
Özü kimi gözəl adı,
Hədsizdir bilik-savadı.
Haqsızlıqdan qalmaz kənar.
Dili var, dilçəyi də var.
Üstün tutar o, düz sözü,
Adı kimi də var özü.
Ondan başqa hər şey yalan,
Onu yaradana qurban.


Cavan, gözəl Mingəçevir,
Bu şəhərdə bir toy keçir.
Tarix boyu qonaqpərvər,
Qonaqlara hörmət göstər.
Gəlnimizə çox yaraşır,
Baxan gözlər də qamaşır.
Hər tərəfdən gələn dostlar,
Sıralarda biri də var,
Ayaqqabının dik dabanı,
Məclisin bayır davamı.
Axar çayın gözəl səsi,
Su ətrafı gəzintisi.
Kölgəlikdə incə bellər,
Azca da süzülmüş tellər.
Öz axarı ilə Kür axar,
Qonaqlara yaxşı baxar,
Sahil boyu Mingəçevir,
Bu şəhərdə bir toy keçir.
Burada olan macəralar
Burada doğar, burada qalar.


Bədənin olmağında
Xüsusi məna, özəl şərt-
Onurğa və oynaqlar,
Biri sərbəst, biri sərt.
Ağız açar dil tökər,
Qiymət verməz əməyə,
Oynaq kimi əyilər
Əsən hər bir küləyə.
Xəncərindən zər düşər,
İş görməyə ərinər.
Min sifətə asan düşər,
Rahat min don geyinər.
Mövqeyini dəyişər,
Hec zaman verməz qərar,
Yaxar qara, yaxar şər
Onurğasız insanlar.
Bədənin olmağında
Xüsusi məna, özəl şərt-
Onurğa və oynaqlar,
Biri sərbəst, biri sərt.


Yaxşı olsun deyə,
Belə etdin niyə?
Sığmaz yerə, göyə
Ürəyimin dərdi.
Bax gör indi özün,
Mənim canım, gözüm,
Zülmə necə dözüm,
Günahım nə idi?
Dediklərin yalan,
Yaxşı oldu yaman,
Eləmirəm güman,
İnam eləmirəm.
İndi qaldın razı?
Çoxdan seçdin azı,
Əyri yerin sazı,
Düzün heç demirəm.
Kimin gələr xoşu?
Hər şeyə qulp qoşub,
Bərkdən seçdin boşu,
Söylə, bu nə idi?
Seçiminə dair,
Olsa da o mahir,
Təvazökar şair
Fikir söyləmədi.


Adı dillər gəzər,
Gözlərini süzər,
İncə belli Gözəl,
İçib feyziyab olub.
Dura bilsə əgər,
Gəzib vurar ləngər,
İçib filan qədər,
İçib feyziyab olub.
Bilsəm bu barədə,
Demərəm nəbadə,
İçib neçə badə,
İçib feyziyab olub.
Keyfi kök, tini düz,
Olduqca gülərüz,
Dayanma, birdə süz,
İçib feyziyab olub.
Çaşıb dil dolaşır,
Keyf başından aşır,
Gözləri qamaşır,
İçib feyziyab olub.
Olub birmənalı
Sərxoş, baş dumanlı,
İçib olub hallı,
İçib feyziyab olub.
Eləyir etiraf,
Vurub başa şərab,
Halı olub xarab
İçib feyziyab olub.
Adı dillər gəzər,
Gözlərini süzər,
İncə belli Gözəl,
İçib feyziyab olub.

Gözəl bir insan,
Danışmaz, dinməz,
Şairdən küsən,
Hec tərif sevməz.
Xalqın düz sözü,
Gözü tərəzi.
Çəkmə sən özün
Sınağa bizi.
Ən vacib meyar
Şairdə — vicdan.
Gözəl əməldən
Alar o ilham.
Göz görə-görə
Keç günahından.
Sözünə görə
Etmə ittiham.
Sən birmənalı
Zadəgan, kübar,
Əsl ziyalı,
Həmdə peşəkar.
Şair ömrünün
Mənası saleh.
Qaytar əmrini,
Etmə sən tənbeh.
Gözəl bir insan,
Danışmaz, dinməz.
Ədalət sevən
Şairdən küsməz.