Özü kimi adı da var,
Qədəmləri həyat doğar.
Nəcib, zərif, incəbelli.
Xətti dəstxətdən bəlli.
Gözəllikdən gəlir bəri,
Tayı yox, yox bərabəri.
Özü kimi gözəl adı,
Hədsizdir bilik-savadı.
Haqsızlıqdan qalmaz kənar.
Dili var, dilçəyi də var.
Üstün tutar o, düz sözü,
Adı kimi də var özü.
Ondan başqa hər şey yalan,
Onu yaradana qurban.
Ozü kimi gözəl, 18/10/2019, 23:03
o kimdisə, mənə də onu göstərin
Çox güclü! Çox təsirli!!!
Ugurlar arzu edirəm
❤️